"Təkcə ötən il məktəblərdə və universitetlərdə narkotiklə bağlı 20 min tədbir həyata keçirib. Mətbuat isə bu işlərin kifayət qədər işıqlandırılmasında maraqlı deyil. Jurnalist bəzən xəbər yazır,amma fakt yoxdur. Problemin üzərinə faktdan getmək vacibdir",- Hacıyev mayın 3-də Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə adlı paneldə çıxışında deyib.
DİN rəsmisi bildirib ki, narkotiklə bağlı cari ilin 4 ayında 3585 fakt müəyyən edilib.
Gülnar Nazimqızı
www.anews.az