AZ

Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyitərəfindən Türkiyəyə təşkil edilən işgüzar səfər çərçivəsindəAzərbaycan banklarının nümayəndələri ilə Ziraat Bank Azərbaycanınəsas səhmdarı, 160 illik tarixə malik Türkiyənin dövlət bankı“Ziraat Bankası” arasında görüş keçirilib.

26 Aprel tarixində Azərbaycan Banklar Assosiasiyasının Marketinqvə PR Ekspert qrupunun üzvləri ilə Türkiyə “Ziraat Bankası”nınKorporativ Əlaqələr və Data Analitikası departamentləri arasındatəcrübə mübadiləsi məqsədli görüşlər keçirilib. Görüşdə Türkiyənin“Ziraat Bankası”nın Korporativ Əlaqələr və Data Analitikasıdepartamentlərinin nümayəndələri reklam kampaniyalarınınhazırlanması və effektivliyinin hesablanması, müştərimünasibətlərinin idarə edilməsi, araşdırma və analiz mövzuları üzrətəcrübələrini paylaşıb, qrup üzvlərinin suallarına cavab veriblər.Azərbaycan banklarının nümayəndələri, həmçinin Türkiyənin “ZiraatBankası”nın baş ofisində yerləşən və Türkiyənin bankçılıq tarixihaqqında məlumat verən “Sanat Müzesi”nə ziyarət edərək banklarıntarixi və keçmişdə istifadə edilən məhsulları ilə tanışolublar.

Qeyd edək ki, işgüzar səfər aprel ayının 24-dən 26-dək davamedib. Səfər zamanı Azərbaycan banklarının nümayəndələri “Yapı KrediBankası”, “Halk Bankası”, “Garanti Bank BBVA”, “Mastercard” və“Haber Global” TV kimi məşhur qurumlarda görüşlər keçirib, təcrübəmübadiləsi aparıblar. İşgüzar səfərin əsas məqsədi ekspert qrupununüzvlərinin korporativ sosial layihələr haqqında, digital marketinqsahəsində məlumat toplanılması və təcrübə mübadiləsinin aparılmasıolub. İşgüzar səfərdə Ziraat Bank Azərbaycanın nümayəndələri dəiştirak ediblər.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkibhissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindənverilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasındafəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıqsahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıtşəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış vəxidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin,Youtubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
9
az.trend.az

10Mənbələr