Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, bu maliyyə yardımı ilə Ermənistanda bir batalyon üçün düşərgə salınması planlaşdırılıb:
“Aİ təkzib etsə belə Ermənistan ordusuna maliyyə ayırır. Azərbaycan bu məsələni dəfələrlə gündəmə gətirib. Buna baxmayaraq nə ABŞ, nə də Aİ bu həqiqəti qəbul edir. Sözügedən qərardan sonra Macarıstan məhz Azərbaycana görə bu layihəni bloklayıb. Macarıstanın əsas şərti budur ki, Sülh Fondu Ermənistanla yanaşı, Azərbaycana da maliyyə yardımı ayırsın. Bu da o deməkdir ki, artıq 10 milyonluq maliyyə yardımından söhbət gedə bilməz. Aİ-yə bir daha aydın oldu ki, Bakının maraqlarını nəzərə almalıdır. Çünki Aİ-dəki Azərbaycanla dost olan ölkələr anti Azərbaycan yanaşmalarının qarşısını ala bilir”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.