AZ

Prezident Kubokunun ikinci günün qalibləri MƏLUM OLDU 

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci günün qalibləri məlum olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl (2008-2009-cü il təvəllüdlü, kayak, 500 metr), Nurlan Paşayev gümüş (2006-2007-ci il təvəllüdlü, akademik avarçəkmə, 1500 metr), Qiyas Əhmədov – Vacib Babayev cütü bürünc (2008-2009 təvəllüdlü, kayak, 500 metr), mükafata sahib çıxıblar.

Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
5
bizim.media

9Mənbələr