AZ

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər hələ də dünyanın bir sıra nəşrlərinin diqqət mərkəzində qalmaqdadır.

Türkiyənin Anadolu Agentliyi, “CNN Türk”, “TR Haber”, “İHA”, “İstiklal”, “Türkiye Press”, “Son saat”, “Yeni gün” portalları, “TRT”, “Haber Global”, “TV 100” media qurumlarının, “Milliyyət”, “Hürriyet”, “Yeni Şafak”, “Beyaz qazete”, “Akşam” qəzetlərinin və digər nəşrlərin yaydığı xəbərlərdə bu mötəbər VI Mədəniyyətlərarası Dialoq Forumuna böyük marağın olduğu vurğulanıb. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib. “Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır”, “İlham Əliyev: Ermənistan ilə sülhə doğru gedirik”, “Əliyevdən Ermənistana mesaj: Çox fəal çalışırıq”, “Kritik toplantıdan əvvəl Əliyevdən yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?” sərlövhələrlə təqdim olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyillərə qarşı susur.

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar, delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.

Qardaş ölkə mediasında yer alan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan olması barədə fikri xüsusi vurğulanıb: “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.

Rusiyanın “Rossiya 24” dövlət telekanalında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş reportaj yayımlanıb. Reportajda bu mötəbər beynəlxalq tədbirin əsas mövzusunun sülh naminə dialoq və qlobal təhlükəsizlik olduğu qeyd edilib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqi söylədiyi Bakı Forumunda yüzdən çox ölkənin, o cümlədən Rusiyanın nümayəndələri iştirak edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy telekanala müsahibəsində bildirib ki, bu tədbirdə çoxqütblü dünya konsepsiyasının inkişafı fonunda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi Ukrayna mətbuatının da diqqət mərkəzində qalmaqdadır. “1News”, “Meta”, “Ua24news” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd edilib ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə əldə olunub. Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər Serbiya mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin “Politika”, “Tanyug”, “Novosti”, “Alo.rs”, “Pink.rs” nəşrləri, “Voyvodine” radio-televiziyası dövlətimizin başçısının xüsusən neokolonializmlə bağlı fikirlərini önə çıxarıb. Bu ölkə mətbuatı xəbərləri oxuculara “Əliyev neokolonistlərə meydan oxudu: Biz imkan verə bilmərik ki, bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”, “Dünya neokolonializmin iyrənc praktikasına göz yummamalıdır” və digər sərlövhələrlə təqdim ediblər. Yazılarda dövlətimizin başçısının çıxışından aşağıdakı sitata xüsusi yer verilib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
12
aznews.az

10Mənbələr