AZ

"Aİ minalardan təmizləmədə kömək etməyə hazırdır" - Səfir

"Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsində Azərbaycana güclü dəstək verir". 

525.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” tədbirində deyib.

O bildirib ki, illərdir  Avropa İttifaqı Azərbaycanın güclü və yaxın tərəfdaşı olub. 

Səfir əlavə edib ki, münaqişə başladığı vaxtdan bu yana  Azərbaycan vətəndaşları minalardan əziyyət çəkib və ötən illər ərzində Aİ Azərbaycanın yanında olub: “Bu gün minalardan təmizləmə Azərbaycan üçün əsas prioritetlərdən biridir və bu istiqamətdə biz Azərbaycana kömək etməyə hazırıq".

Pərvanə






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
525.az

6Mənbələr