AZ

Qanunsuz balıq ovunun qarşısı alındı

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

Bu barədə Teleqraf.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən 2024-cü ilin aprel ayında Xəzər dənizindən, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
5
teleqraf.com

5Mənbələr