AZ

DYP MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində «Təmiz hava» aylığının keçirilməsi ilə bağlı məlumat yayıb.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, may ayının 15-dən iyun ayının 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

    Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirəcəyi sözügedən tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

    Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı ilə əlaqədar bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

    "Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlarü", məlumatda deyilir.

     

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    33
    17
    bakivaxti.az

    9Mənbələr