AZ

Mersində terror təbliğatı aparan 7 nəfər tutulub

Mersində sosial mediada terror təşkilatı PKK-ya təbliğat apardıqları iddia edilən 7 şübhəli saxlanılıb.   Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, İl Jandarma Komandanlığı məlumat yayıb. Məlumatda bildirilir ki, Mersin Respublika Baş Prokurorluğunun koordinasiyasında terror təşkilatı PKK-nın fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində işlərə başlanılıb. Bu çərçivədə Tarsus, Akdeniz və Toroslar rayonlarında eyni vaxtda həyata keçirilən əməliyyatda sosial mediada terror təşkilatı PKK-ya təbliğat aparan 7 şübhəli yaxalanıb. Ünvanlardan xeyli sayda material müsadirə edilib. Şübhəlilər jandarmaya aparılıb. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
manset.az

1Mənbələr