AZ

Şəhid Teymur Abbasova həsr olunmuş roman nəşr olundu

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, şərqşünas-tərcüməçi Teymur Abbasovun xatirəsinə yeni roman həsr olunub.

İqtisadiyyat.az xəbər verir ki, “Cənab leytenant” adlı romanın müəllifi şərqşünas-yazıçı Əli Rzazadədir.

Qeyd edək ki, Teymur Abbasov İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub. Teymur Abbasov şəxsi igidliyinə, cəsarətinə, fədakarlığına və şücaətinə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əli Rzazadə şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. “Cənab Leytenant” müəllifin sayca yeddinci kitabıdır. Bundan  öncə “Sonsuz”, “Yağış”, “Səmaya qayıdan yazı” romanlarını, “Nurdan Zərrələr”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” və “Onun hekayəsi” adlı əsərlərini oxucu auditoriyasına təqdim edib. Müəllifin ərəb dilində qələmə aldığı  “Xocalıya ədalət” adlı əsəri Xocalı həqiqətlərini əks etdirən ilk ərəb dilində nəşr edilmiş kitab olaraq bir neçə ərəb ölkəsində təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
iqtisadiyyat.az

4Mənbələr