AZ

9 nəfərin ölümündən sonra Asiyada bir çox məktəblər bağlandı

Cənub və Cənub-Şərqi Asiyada bir çox məktəblər ölkədə həddindən artıq istilər səbəbindən müvəqqəti olaraq bağlanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Kerala əyalətində hökumət mayın 6-dək əyalətdəki məktəbləri bağlamaq qərarına gəlib.

Temperaturun 37 dərəcəni keçdiyi Banqladeşdə də məktəblərdə tədris prosesi dayandırılıb.

Kambocada dövlət məktəbləri tədrisi gündə 2 saata endirmək qərarı alıb.

Temperaturun təhlükəli həddə çatdığı Filippində də təhsil 4 gün müddətinə dayandırılıb. Paytaxt Manilada temperaturun 37 dərəcəni keçə biləcəyi təxmin edilib.

Hindistanda aprel ayının qeydə alınan ən isti ay olduğu açıqlanıb. Davam edən istilər səbəbindən ölkədə ümumilikdə 9 nəfər ölüb.

Zərifə Nağıyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
7

1Mənbələr

Şərh ()
Bağla