AZ

Hitlerin müavininin yaşadığı evdən 5 skelet tapıldı

Image

Alman və polşalı arxeoloqlar təsadüf nəticəsində nasist siyasətçi,1941-1945-ci illərdə Adolf Hitlerin müavini olmuş Herman Hörinqin vaxtilə yaşadığı evin xarabalıqlarından 5 skelet tapıblar. Bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, ev Polşanın şimalında vaxtilə Üçüncü Reyxin ordu qərargahının yerləşdiyi sıx meşəlik ərazidədir. Dəfələrlə talana məruz qalan tikili xarabalığa çevrilib.

Arxeoloq qrupunun üzvlərindən biri köhnə döşəmənin altını qazdıqda 10 santimetr dərinlikdə kəllə sümüyü aşkar edib. Bundan sonra aparılan qazıntılar nəticəsində 5 nəfərin qalıqları aşkar edilib. Skeletlərin heç birinin əl və ayaqları olmayıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, basdırılanlardan üçü yetkinlik yaşına çatmış şəxs, biri yeniyetmə, bir isə körpə olub.

İstintaq qrupunun ilkin versiyasına görə, meyitlər bina tikildikdən sonra basdırılıb. Hörinqin bundan xəbərdar olması istisna edilmir. Digər versiyaya görə, meyitlər İkinci dünya müharibəsi başa çatdıqdan sonra basdırılıb. Təhqiqat davam edir.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
6
baki-xeber.com

7Mənbələr