AZ

"Sərhədçi" və "Xəzri" üz-üzə

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinala yüksələcək daha bir komanda müəyyənləşəcək. 

Apasport.az xəbər verir ki, pley-off mərhələsində "Sərhədçi" və "Xəzri" komandaları ikinci oyuna çıxacaqlar.

Tərəflər arasında keçirilən ilk dueldən "Sərhədçi" məğlub ayrılıb - 64:98. Yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

Qeyd edək ki, ötən gün "Xırdalan" və "Neftçi" kollektivləri arasında ikinci dueldə 76:73 hesabı ilə qələbə qazanan birincilər yarımfinala adlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
6
apasport.az

8Mənbələr