AZ

Türkiyə idxal etdiyi qazın LNG formasında satışını təmin edəcək

Türkiyə parlamenti ölkənin idxal etdiyi təbii qazın mayeləşdirilmiş formada satışına icazə verən qanun layihəsini qəbul edib.

Bu barədə “Sözcü” telekanalı məlumat yayıb.

Qanun layihəsi yanvarda parlamentə göndərilib.

Qeyd olunub ki, onun qəbulu Türkiyənin idxal etdiyi təbii qazın mayeləşdirilməsi üzrə müəssisələrin yaradılmasına və onun beynəlxalq qaz ticarət mərkəzinə çevrilməsi üçün qanunvericilik bazasının gücləndirilməsinə imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
49
Mənbələr
Şərh ()
Bağla