AZ

Heydər Əliyev Sarayında “Əbədi məşəl” konserti

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Heydər Əliyev Sarayında “Əbədi məşəl” adlı konsert keçirilib. 
Konsertdə ifaçılar əvvəlcə dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletindən Vals və Adogionu səsləndiriblər. Sonra Əməkdar artist Fərqanə Qasımova Vüqar Camalzadə­nin Məhəmməd Füzulinin qəzəlinə həsr etdiyi “Eşitməzdim” əsərini ifa edib.
Konsertdə Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar ar­tistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Ab­basovanın möhtəşəm ifaları Forumun qonaq­larını valeh edib. 
Milli musiqi aləti tarın ecazkar səsinin müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb.
Tədbirdə, həmçinin Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamın­dan fraqment, "1001 gecə" baletindən Şəhri­yar və Şəhrizadın dueti, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından qızların rəqsi, "İl­dırımlı yollarla" baletindən "Ümumi rəqs", Firəngiz Əlizadənin "İntizar" operasından fi­nal səhnəsi təqdim olunub.
Konsert proqramı tamaşaçıların zövqünü oxşayıb.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
7
xalqqazeti.az

8Mənbələr