AZ

Türkiyədə sərnişin avtobusu aşdı - 2 ölü, 34 yaralı var - FOTO

Türkiyənin Aksaray vilayətində avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb.

Bizim.Media “TRT” kanalına istinadən xəbər verir ki, bunu vilayətin valisi Mehmet Əli Kumbuzoğlu bildirib.

Onun sözlərinə görə, ölən və yaralananlar yerli vətəndaşlardır. Qəza yerli vaxtla 03:00 radələrində baş verib.

“Kilis şəhərindən İstanbula gedən sərnişin avtobusu Aksaray ərazisində idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, iki ölü və 34 yaralı var, onlardan altısının vəziyyəti ağırdır”.
Yaralılar yerli xəstəxanalara çatdırılıblar. Polis qəzanın başvermə səbəbini araşdırır.








Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
40
bizim.media

10Mənbələr