AZ

Qazaxıstanda kömür mədənində qəza baş verdi

Tarix: 3 May 2024 08:54

Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko adına kömür mədənində tüstülənmə baş verib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 187 şaxtaçı mədəndən çıxarılıb, hadisə nəticəsində xəsarət alan yoxdur.
Nazirlik bildirib ki, tüstünün aradan qaldırılmasına baxmayaraq, təxliyə planının tətbiqi və digər səviyyələrdə mədənlərdə olan 194 şaxtaçının çıxarılması barədə qərar qəbul edilib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
sonxeber.net

6Mənbələr