AZ

Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Britaniya

Tarix: 3 May 2024 09:00

Ukraynanın Britaniya silahları ilə Rusiyanın daxilindəki hədəfləri vurmaq haqqı var.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Röyters"ə deyib.
"Rusiya Ukraynanın daxilində hədəfləri vuranda, Ukraynanın nə üçün özünü müdafiəyə ehtiyacı hiss etdiyini anlaya bilərsiniz", - deyə Kemeron bildirib.
O, Böyük Britaniyanın Ukraynaya ehtiyac olduğu müddətdə illik 3 milyard funt-sterlinq (3,74 milyard dollar) yardım göstərməyə davam edəcəyinə söz verib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
6
sonxeber.net

2Mənbələr