AZ

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes Çempionlar Liqasının yarımfinal mərhələsinin Dortmund “Borussiya”sı ilə ilk oyununda zədələnib.

Futbolinfo.az xəbər verir ki, onun ayaq çarpaz bağlarında zədə aşkarlanıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı futbolçu üçün cari mövsüm başa çatıb. Ernandes 2024-cü il Avropa çempionatını da buraxacaq.

Lukas bu mövsüm 41 matçda iştirak edib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
futbolinfo.az

4Mənbələr