AZ

"Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olub. Matçı fransalı baş hakim Fransua Leteksye idarə edib. Görüş Bundesliqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Digər görüş Fransada baş tutub. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunun müqavimətini qıra bilməyib - 1:1.

 

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 9-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
8
modern.az

9Mənbələr