İsrailin Rəfahda gizlənən HƏMAS terrorçularına qarşı əməliyyatları davam edir. Bu gecə İsrail hərbi hava qüvvələri Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə yenidən zərbələr endiriblər.
Hadisə yerindən "Əl-Cəzirə"nin verdiyi məlumata görə, hava zərbələri nəticəsində 6 nəfər həlak olub, yaralananlar var. Hava zərbələrindən sonra şəhərdə dağıntlar qeydə alınıb.
"Əl-Cəzirə" telekanalı həmçinin İsrail hərbi hava qüvvələrinin Rəfahın qərbindəki Təl əl-Sultan çadır düşərgəsinə də ardıcıl zərbələr endirdiyi barədə məlumat yayıb.
Oxuməni.az