AZ

Volkan Dəmirəl istefa verdi

Superliqa komandalarından "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl istefa verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Superliqa komandalarından olan "Hatayspor" liqada keçirdiyi son 10 matçda 7 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə qazanıb və nəticədə aşağı liqaya düşüb.

İstədiyi nəticəni əldə edə bilməyən Dəmirəl istefa vermək qərarına gəlib.

O, istefa ərizəsini rəhbərliyə təqdim edib.
Superliqaya 4 həftə qalmış 33 xalı olan "Hatayspor" 18-ci pillədə yer alıb.

Son 4 həftədə "Hatayspor" səfərdə "Qaziantep FK" və "Beşiktaş", evdə isə "Ankaragücü" və "Çaykur Rizəspor"la qarşılaşacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
milli.az

3Mənbələr