AZ

Ər-Riyaddan Təl-Əvivə: Bunlara əməl et, razılaşaq...

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması üçün Fələstin dövlətinin yaradılmasını tələb edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

"Səudiyyə Ərəbistanı açıq şəkildə bildirdi ki, İsraillə normallaşma prosesi üçün onun iki tələbi var: Qəzza zolağında sakitlik və Fələstin dövlətinin yaradılması yolu üzrə işlərin aparılması", - Miller qeyd edib.

Qeyd edək ki, bundan öncə "Elaf" nəşri bu təklifi ABŞ-ın verdiyini, İsrail baş nazirinin isə imtina etdiyini yazmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
3
milli.az

4Mənbələr