AZ

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

Artıq “AirBnb”da məşhur “Yuxarı” (“Up”) cizgi filmindəki kimi evi kirayələmək mümkündür.

 

Bu barədə bütün dünyada fərdi mənzillərin qısamüddətli kirayələrinin yerləşdirilməsi və axtarışı üçün olan onlayn platformanın özü xəbər verib.

 

Şirkət bununla bağlı kadrlar da təqdim edib.

 

Qeyd edək ki, “Pixar” studiyası tərəfindən istehsal olunan və “Walt Disney Pictures” tərəfindən yayımlanan “Up” animasiya filmində qoca kişi Karl Fredriksen və Rassel adlı balaca oğlandan bəhs edilir. Karl evinə çoxlu sayda şar bağlayaraq mərhum həyat yoldaşına verdiyi vədi - Cənubi Amerika cəngəlliklərini səyahət etmək arzusunu gerçəkləşdirməyi düşünür.

 

“Yuxarı” filmi “ən yaxşı cizgi filmi” və “ən yaxşı film ssenarisi” nominasiyalarında “Oskar” mükafatına layiq görülüb.

 

Oxu.az

 

Tarix: 3 May 2024, 06:54   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
5
pravda.az

6Mənbələr