AZ

BMT Qəzza zolağının bərpası üçün lazım olan vəsaitin həcmini açıqlayıb

HƏMAS qruplaşması ilə İsrail arasındakı silahlı qarşıdurma zamanı ziyan dəymiş Qəzza zolağının bərpası üçün 30-40 milyard ABŞ dollarına ehtiyac lazımdır.

APA xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının ərəb ölkələri üzrə regional bürosunun direktoru Abdulla əd-Dərdari məlumat yayıb.

“BMT İnkişaf Proqramının ilkin hesablamaları göstərir ki, Qəzza zolağının bərpa edilməsi üçün 30 milyard ABŞ dollarından çox vəsait tələb olunacaq və bu məbləğ 40 milyard dollara da çata bilər”, - o deyib.

Əd-Dərdarinin sözlərinə görə, dağıntıların miqyası böyük və misli görünməmişdir.

“Dünya ictimaiyyəti İkinci Dünya Müharibəsindən sonra heç vaxt bu miqyasda bir şeylə qarşılaşmayıb”, - o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
10
apa.az

4Mənbələr