AZ

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Yaponiya məişət məqsədləri üçün mayeləşdirilmiş təbii qaz (LNG) əvəzinə sintetik metandan istifadə etmək qərarına gəlib. 2050-ci ilə qədər əhalinin məskunlaşdığı ərazilərin 90%-nin yeni enerji resursuna keçirilməsi planlaşdırılır. 

Valyuta.az xəbər verir ki, bu barədə Nikkei qəzeti yazır.

Bu məqsədə çatmaq üçün Yaponiya daxilində və xaricdə sintetik metan istehsalı zavodları tikmək lazımdır. Yanacaq dəniz suyundan alınan karbon qazı və hidrogendən istifadə edilməklə istehsal olunacaq. Nəşr iddia edir ki, sintetik metan hasilatı və yandırılması zamanı karbon qazı atmosferə buraxılmayacaq.

Yaponiyanın Hitachi Zosen korporasiyası artıq Omanda böyük sintetik metan istehsalı müəssisəsinin tikintisinə razılıq verib. Zavodun tikintisinə 2025-ci ildə başlanmalıdır. 2027-ci ilə qədər onun tam gücünə çatacağı gözlənilir. Yaponiya Avstraliyada  bu yanacağın istehsalı üçün daha bir neçə müəssisə tikməyi planlaşdırır .

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
valyuta.az

3Mənbələr