Qısa videolara baxmaq üçün tətbiq edilən "TikTok" Rusiyada yenidən bloklanıb.
Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, əsas ekranda məhdudiyyətlər haqqında simvol görünür. Bunun nə ilə əlaqəli olduğu hələ məlum deyil.
Mayın 2-də axşam saatlarında TikTok tətbiqinin Rusiyada iOS və Android mobil əməliyyat sistemlərinin istifadəçiləri üçün tam işlək olduğu bildirilmişdi.