AZ

ABŞ Rusiya və Çini antikosmik silahlar hazırlamaqda ittiham edib

Rusiya və Çin yerüstü və orbital antikosmik silahlar hazırlayır və yerləşdirirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plamb Konqresdə keçirilən dinləmələrdə deyib.

“Rusiya və Çinin kosmosu hərbiləşdirib – hərbiləşdirmədiklərini soruşsanız, cavab tamamilə belədir”, – deyə o bildirib.

Plamb aydınlaşdırıb ki, onun məlumatına görə, Rusiya kosmosda prototip kinetik silahlar hazırlayır və yerləşdirir, Çin isə ikili məqsədli robot peyklər yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
nocomment.az

2Mənbələr