AZ

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb.

Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər və sonra qazandığı hər şeyi özündə saxlayacaq.

Əlavə aktivlər və əmlak nikahdan əvvəlki müqaviləyə əsasən cütlük arasında bölünəcək.

Qeyd edək ki, 2022-ci ildə ailə quran cütlük ötən il boşanmaq üçün rəsmi müraciət ediblər. Onların xəyanət səbəbindən evliliklərini sonlandırdıqları deyilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
big.az

2Mənbələr