Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanında polislə etirazçılar arasında toqquşma baş verib.
News365.az "Report"un yerli bürosuna istinadla xəbər verir ki, yolları bağlayan etirazçılar saxlanılmağa başlayıb.
Qeyd edək ki, polis nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edib.