AZ

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb.

Təmirin nə vaxt bitəcəyi və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Perinatal Mərkəzə yeni direktor təyinatı təmir işləri tam yekunlaşandan və xəstəxana fəaliyyətini bərpa edəndən sonra baş tutacaq. Hələlik isə məlum hadisədə ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan mərkəzin direktoru Mehriban Abasquliyevanın yerinə təyinat olunmayıb. Amma Mehriban Abasquliyevanın yeniden Perinatal Mərkəzinə direktor gətiriləcəyi də iddia olunur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sorğuya cavab vermir.

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzə altı körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
16
publika.az

10Mənbələr