AZ

"Telemexanika Zavodu" cərimələndi

 "Telemexanika Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazıb.

Valyuta.az-ın məlumatına görə, zavod rəhbərliyi barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə 16.05.2024-cü il tarixində Şirvan Şəhər Məhkəməsinin hakimi Səidə Məmmədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Sadiq İsbəndərli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
1
Mənbələr
Şərh ()
Bağla