AZ

“Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi

Hazırkı Konstruktorlar Çempionatının qalibi "Red Bull" ən uğurlu "Formula-1" bolidini yaradan texniki direktor Edrian Nyuinin vaxtından əvvəl getdiyini rəsmən təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, komandanın saytında verilən məlumata görə, Nyui 2025-ci ilin birinci rübündə postunu tərk edəcək.

Texniki direktor işindən ayrılana qədər "Red Bull"un ilk hiperkarı "RB17"nin son hazırlanmasına diqqət yetirəcək.

Xatırladaq ki, Nyui 2006-cı ildən "Red Bull"dadır və 2023-cü ildə 22 yarışdan 21-də qalib gələn "RB19" da daxil olmaqla komandanın bütün yeddi çempionat avtomobilini konsepsiyalarının müəllifi olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
milli.az

4Mənbələr