AZ

Tatarıstanda Azərbaycanla bağlı dəyirmi masa keçiriləcək - Şahin Mustafayev iştirak edəcək

Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək.

“KazanForum” çərçivəsində mayın 17-də “Rusiya və Azərbaycan” adlı dəyirmi masa keçiriləcək.

Ednews  xəbər verir ki, tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və digər dövlət rəsmiləri iştirak edəcək.

“KazanForum” mayın 14-dən 19-dək Tatarıstanda keçiriləcək. Bu tədbirdə Azərbaycan, Əlcəzair, Əfqanıstan, Bəhreyn, Misir, İndoneziya, İran, Qazaxıstan, Qətər, Küveyt, Malayziya, Mərakeş, BƏƏ, Suriya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
3
ednews.net

10Mənbələr