AZ

Ata aliment vermir, əziyyət çəkən uşaq olur

Uzun illərdir ölkəmizdə ödənilməyən alimentlər məsələsi problem olaraq, qalmaqdadır.

Boşanmaların və işsizliyin çox olduğu bütün ölkələrdə bu problem var.

İllərdir məsələ müzakirə olunsa da, həllini tapmamış qalır.

2024-cü ildən Azərbaycanda alimentin minimum miqdarı 220 manatdan, 235 manata qaldırılıb. 

Qanuna görə, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın yarısı nəzərdə tutulub.

Amma bunu hər valideyn ödəyirmi?

Nəzərə alsaq ki, ölkəmizdə boşanan ailələrin uşaqları əsasən analara verilir, atalar məsuliyyətdən rahatlıqla yayına bilirlər.

Hüquqşünas Elvin Babayev Hit.az-a bildirib ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı dəyişən olarsa, alimentin sabit miqdarı müəyyən edilə bilər. Əgər aliment verməyə borclu olan imtina edərsə, o məhkəməyə verilə, ölkədən çıxışına qadağa qoyula, cərimələnə, həbs oluna bilər. Amma bu halların heç biri ehtiyac iində olan uşağa fayda vermir.
Avropada alimenti dövlət ödəyir, borclu dövlətin borcunu ödəməyə mükəlləf olur. Norveçdə, Niderlandda, Polşada, Fransada  bu vəzifəni federal dövlət təşkilatları öz üzərlərinə götürüblər.  Eyni təcrübədən yararlanmaq olar”,- deyə o bildirib.

Qeyd edək ki, bu problemi mərhum millət vəkili Qənirə Paşayeva dəfələrlə gündəmə gətirsə də,  məsələ öz həllini tapmayıb. Uşaq pulunun verilməsinin problem olduğu bir vəziyyətdə aliment fondunun yaradılması isə o qədər də əlçatan görünmür. Əziyyəti  boşanmış ailələrin uşaqları çəkir.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44454
Abdullahianın cəsədi tapıldı - FOTO
33089
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27528
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20174
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17869
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11787
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8203
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6960
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5379
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5066
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3973