AZ

ABŞ ukraynalı hakerə 14 il həbs cəzası verdi

ABŞ-da ukraynalı haker kibercinayətlərə görə 14 ilə yaxın həbs cəzasına məhkum edilib.

 

Sfera.az xəbər verir ki, Texas ştatının Şimal Dairə məhkəməsi "REvil" haker qrupundan olan 24 yaşlı ukraynalı Yaroslav Vasinskini 13 il 7 ay azadlıqdan məhrum edib. O, həmçinin 2500-dən çox kiber-hücumda iştirakına görə 16 milyon dollar cərimələnib.

 

Qeyd edək ki, ukraynalı haker 2021-ci ildə Polşada haker proqramından istifadə edərək hücumlar həyata keçirdiyi üçün qlobal əməliyyat çərçivəsində saxlanılıb.

 

O, 2022-ci ildə ABŞ-a ekstradisiya edilib və fırıldaqçılıq, çirkli pulların yuyulması və qorunan kompüterlərə ziyan vurmaq üçün kiber-hücumlarda təqsirli bilinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
sfera.az

5Mənbələr