AZ

®Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Mayın 2-də Naxçıvan Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində “Gömrük əməkdaşlarında işlə bağlı stress və onun qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrinin əməkdaşları və digər nümayəndələr iştirak ediblər.

Təlimin açılış mərasimində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev təlim iştirakçılarını salamlayaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində mayın 2-4-də keçiriləcək təlim, konfrans və sosial tibbi aksiya barədə ətraflı məlumat verib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda gömrük sisteminin qurulmasında, eləcə də səhiyyə sahəsinə verdiyi töhfələrdən danışaraq qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş Naxçıvanın gömrük və səhiyyə sistemi Prezident İlham Əliyevin rəhbərliyi illərində öz fəaliyyətini böyük uğurla davam etdirir.

İdarə rəisi təlimdə gömrük əməkdaşlarının gündəlik iş zamanı üzləşdikləri çətinliklər, iş fəaliyyətləri zamanı yaşadıqları stresslər, onların qarşısının alınması yolları haqqında bəhs edərək bildirib ki, dövlət sərhəd buraxılış məntəqələrində çalışan əməkdaşlar məqsədimizin dövlətimizə, dövlətçiliyimizə sədaqətlə, məsuliyyətlə, vicdanla xidmət etməkdən ibarət olduğunu bir an da unutmamalıdırlar.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev öz çıxışında bildirib ki, gömrük işçilərinin xidmətlərinin keyfiyyətini, işdə yaranan streslərə qarşı davamlılıqlarını, iş məmnunluğunu artırmaq, tükənmə sindromunun qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən təlimlər proqramı hazırlanıb. Yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılan həmin təlimlərin əsas məqsədi işlə bağlı stress və onun qarşısının alınması sahəsində gömrükçüləri məlumatlandırmaqdan ibarətdir.

Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim Tibb Komissiyasının psixiatrı, tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: stressə davamlılığın artırılması”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” mövzularında təqdimatlarla çıxış ediblər.

Təlimdə mövzular ilə bağlı gömrükçülərin çoxlu sayda sualları cavablandırılıb.

Təlim xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
4
azertag.az

5Mənbələr