BMT-nin İnkişaf Proqramı İsrailin hərbi əməliyyatları nəticəsində zədələnmiş Qəzza zolağının bərpasını 30-40 milyard dollar dəyərində qiymətləndirib.
Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) hesablamalarına görə, Qəzza zolağının yenidən qurulmasının dəyəri 30 milyard dolları ötüb və 40 milyard dollara çata bilər. Beynəlxalq ictimaiyyət İkinci Dünya Müharibəsindən bəri belə bir problemlə üzləşməyib”, - deyə BMT-nin İnkişaf Proqramının Ərəb Ölkələri üzrə regional direktoru Abdalla Əl-Dərdari bildirib.
Mövsüm