AZ

Rusiya millisi üçün yeni rəqib

Rusiya millisi daha bir yoxlama oyunu keçirəcək.

Futbolinfo.az Rusiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, komanda iyunun 7-də Belarusla qarşılaşacaq.

Görüş Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda olacaq.

Bundan əvvəl Rusiya və Belarus yığmaları dörd dəfə üz-üzə gəlib. Son görüş 2015-ci il iyunun 7-də keçirilib və Rusiyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya milli komandası və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
2
futbolinfo.az

3Mənbələr