AZ

İstedad və qabiliyyət sərhəd tanımır



Prezidenti olduğum Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə fəvvarələr meydanında IV Beynəlxalq Autizm festivalı baş tutdu.
Artıq ənənəvi olaraq hər il keçirilən Autizm festivalı Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Paşa Holdinqin sponsorluğu ilə 1 May 2024-cü il tarixdə paytaxt Bakının Fəvvarələr Meydanında təşkil edilmişdi.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri, Türk Dövlətləri Autizm Federasiyasına üzv olan dövlətlərin nümayəndələri, eləcə də bu sahədə fəaliyyət göstərən bir çox QHT-lər, ictimai birliklər, psixoloji mərkəzlər və s. iştirak edirdi.
Açıq havada gerçəkləşdirilən tədbirdə autizm spektrli pozuntusu olan şəxslərin bir-birindən maraqlı və rəngarəng əl işləri sərgiləndi. Bu isə bir daha göstərdi ki, istedad və qabiliyyət sərhəd tanımır!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
newscenter.az

1Mənbələr