AZ

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb

Mayın 2-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Rusiya tərəfinin ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak və töhfəsinin məmnunluq doğurduğunu bildirib.

İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
25
azpost.info

10Mənbələr