AZ

Məşhur Hollivud ulduzu "Kurtlar Vadisi"ndə aldığı qonoradan DANIŞDI

Məşhur Hollivud ulduzu Şeron Stoun "TRT World"də qatıldığı proqramda verdiyi açıqlamalarla gündəm olub.

 

Sfera.az xəbər verir ki, son görünüşü ilə də diqqət çəkən aktrisa əfsanəvi “Kurtlar Vadisi” serialının çəkiliş meydançasında yaşadıqlarından danışıb.

 

Serialın Los-Anceles çəkilişləri zamanı baş rol ifaçısı Necati Şaşmaz (Polat Alemdar), məşhur Hollivud ulduzları Şeron Stoun və Endi Qarsia birlikdə kamera qarşısına keçiblər.

 

Ş.Stoun onlara yaxşı qonorar ödənildiyini bildirib:

 

"Bizə çox yaxşı maaş verildi. Endi ilə çəkiliş meydançasına gəldik. Amma çəkiliş meydançasında heç kim ingiliscə danışmırdı. Hamı türkcə, biz isə ingiliscə danışırdıq... Səhnələrdə bizimlə türkcə danışırdılar, biz isə ingiliscə cavab verirdik. Səhnənin nə haqqında olduğunu və nə etməli olduğumuzu bilmirdik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1698
3
sfera.az

4Mənbələr