AZ

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dünya məcburi assimilyasiyaya aparan iyrəncneokolonializm təcrübəsinə göz yummamalıdır

Ölkəmiz ənənəvi keçirilən sayca VI Ümumdünya MədəniyyətlərarasıDialoq Forumuna ev sahibliyi edir. Forumun mövzusu özundə hazırkıdövrün əsas çağırışını ehtiva edir. Prezident İlham Əliyev “Sülh vəqlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanınmədəniyyətlərarası dialoqa töhfələrini təqdim etməklə yanaşı,bugünümüz və gələcəyimiz üçün qarşıda dayanan hədəfləri tədbiriştirakçılarının diqqətinə çatdırdı. Qeyd edildiyi kimi, 2024-cüildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığıqədər parçalanmış qalır. Bütün çağırışlar qarşısında bizim biraraya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyədoğru yol açmaq üçün nadir fürsətimiz var: Dialoq vasitəsilə sülhütəşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığımöhkəmləndirmək. Əsas mesajın ümid olduğu və Azərbaycanın bu ümidibütün dünyaya yaymağı səmimiyyətlə arzuladığı diqqətə çatdırıldı.Forumda 100-dən çox ölkəni 700 qonağın təmsil etməsi bir dahatədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. İldən-ilə tədbiriştirakçılarının artan say tərkibi və onların təmsil etdikləriölkələrin qlobal probemlərin həllində fəal iştirakı bütün dünyanındiqqətini Azərbaycana yönəldir. Bu, həm də onu təsdiqləyir ki,Forum çox mühüm beynəlxalq platformadır.

Bu fikirləri Trend-ə YeniAzərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasielmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin Forumdakıçıxışı zamanı səsləndirdiyi çağırışlara yönəldib. Qeyd edib ki, VÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi 2019-cuildən bizləri beş illik zaman ayırır.

“2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünyatəhlükəsiz olmayıb” söyləyən Prezident İlham Əliyev bildirdi ki,biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yenitəhdidləri görürük. Belə bir əminlik də ifadə olundu ki, Forumçərçivəsində yeni ideyalar və yanaşmalar formalaşacaq ki, qlobalgündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantlarıtapılsın. Ümumilikdə Birinci Ümumdünya Mədəniyyətlərarası DialoqForumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaqötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlarınmiqyasının olduqca böyük olduğunu təsəvvürümzdə canlandıra bilərik.Təkcə sonuncu tədbirdən keçən 5 ildə cərəyan edən hadisələrAzərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdəAzərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etdi. Cənab İlham Əliyev Forumdakıçıxışında bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan sülhü müharibəvasitəsilə təmin etdi.

Torpaqlarımız 30 il işğal altında qaldı. Bir milyona yaxınsoydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə QarabağınAzərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin buərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksinitapmışdı. Lakin bu qətnamələr 28 il kağız üzərində saralaraqicrasını gözlədi. Səbəb təbii ki, onların tətbiqi üçün vahidmexanizmin olmaması idi. Azərbaycan ən yüksək tribunalardan bəyanetdi ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizminmüəyyənləşdirilməsi əsas tələblərdəndir. Bəzi hallarda buqətnamələr 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə28 il gözlədik. Bu qətnamələrin hazırlanmasında və qəbulundaiştirak edən dövlətlər, ən əsası hazırda tarixin arxivinə atılmışATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu sənədlərin icrasınasəy göstərmədilər, hətta, Ermənistana açıq-aşkar dəstəkləri ilədiqqətdə oldular. Hadisələrin bu şəkildə davamı, erməni silahlıbirləşmələrinin mütəmadi olaraq sərhəddə təxribatlar törətmələriAzərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu.Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, sülhəmüharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətənmüharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad edildi.Ötən ilin sentyabr ayında ərazi bütövlüyümüzü, suverenliyimizi tamşəkildə bərpa etdik. İndi isə münaqişədən sonrakıvəziyyətdəyik.

YAP Xətai rayon təşkilatının sədri Forumun mövzusuna uyğunolaraq qeyd edib ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyintəmin edilməsi Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xaricisiyasətin əsas tərkib hissəsidir. Ölkəmiz tarixi Zəfərindən sonraErmənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfəsülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlhamƏliyev Forumdakı çıxışında bir daha diqqəti bu məsələyə yönəldərəkbildirdi ki, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndənsonra siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülhtəklif etdik. İndi isə müsbət tendensiyaya və sülhə doğru gedirik.Sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb.Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nailolunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil.Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardımetmək istəmirlər. Onlar bölgəyə öz fərdi, siyasi və iqtisadimaraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alovayenidən odun atmaq istəyirlər. Cənubi Qafqazda buna imkanverməyəcəyik. Otuz illik toqquşmadan sonra Ermənistan da aydınşəkildə anlayır ki, Cənubi Qafqazda bütün problemlər yalnızAzərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll olunabilər.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqolub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib.Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə“Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elanedilməsi də bu kimi məqamlara aydınlıq gətirir. Mədəniyyətlərarasıdialoq Azərbaycanda güclü şəkildə təşviq edilir.

Vüqar Rəhimzadə diqqəti bəzi Avropa ölkələrinin, xüsusilə dəFransanın neokolonializm siyasətinə də yönəldib. Qeyd edib ki,dövlət başçısı İlham Əliyevin Forumda vurğuladığı kimi, bəziölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həminölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yenimüstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz beləbir məsələyə imkan verə bilmərik ki, XXI əsrdə bəzi Avropa ölkələridigər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburiassimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə gözyummamalıdır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
11
az.trend.az

10Mənbələr