AZ

İsveç və Finlandiya Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqləyiblərv

Helsinkidə Türkiyə, İsveç və Finlandiya arasında Daimi Birgə Mexanizmin altıncı iclası keçirilib.

Bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, İsveç və Finlandiya nümayəndə heyətləri başda PKK terror təşkilatı olmaqla Türkiyəyə qarşı təhdidlərlə mübarizəyə hərtərəfli dəstək verəcəklərini, eyni zamanda, PYD/YPG və FETÖ terror təşkilatlarına dəstək verməyəcəklərinə dair öhdəliklərini bir daha təsdiqləyiblər.

Həmçinin, görüşdə Avropa təhlükəsizlik arxitekturası, NATO-nun Vaşinqton sammiti, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Avropada Qurani-Kərimə qarşı son zamanlar baş verən təhqiramiz hərəkətlər barədə fikir mübadiləsi aparılıb.

Daimi Birgə Mexanizm NATO-nun Madrid Zirvə Toplantısından əvvəl Türkiyə, Finlandiya və İsveç arasında 28 iyun 2022-ci ildə imzalanmış Üçtərəfli Memorandum çərçivəsində yaradılmışdır. Helsinkidə baş tutan görüş Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qəbulundan sonra ilk mexanizm üzrə iclasıdır.
 
///APA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
7
azxeber.com

8Mənbələr