AZ

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Şuşa, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsəlman din xadimləri məsciddə namaz qılıb, şəhidlərin ruhuna dualar oxuyublar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə ermənilərin mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə məlumat verib. Bildirilib ki, işğal edilən bütün ərazilərdə olduğu kimi, Şuşada da abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscididir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin diqqət və qayğısı ilə məsciddə yenidənqurma və bərpa işləri həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
azertag.az

5Mənbələr