AZ

Milli Müdafiə Nazirliyi: ''Son bir həftədə 43 terrorçu zərərsizləşdirilib''

Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində sərhəddən kənarda və əhatəli əməliyyatlar həyata keçirir.
Bu çərçivədə son bir həftədə 43 terrorçu zərərsizləşdirilib.
Beləliklə, yanvarın 1-dən etibarənzərərsizləşdirilən terrorçuların sayı 845-ə çatıb. Məlumata görə, onlardan 376-sı İraqın, 469-u isə Suriyanın şimalında zərərsizləşdirilib.
Məlumatda həmçinin terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
sia.az

10Mənbələr