AZ

"İran və Rusiya yeni ticarət üsulları üzərində işləyirlər" - Möhsün Rəhimi

İran və Rusiya mərkəzi bankın rəqəmsal valyutaları və rəqəmsal maliyyə aktivləri daxil olmaqla yeni ticarət üsulları üzərində işləyirlər.

 

Sfera.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Möhsün Rəhimi deyib.

 

O bildirib ki, ölkələr əmsal maliyyə aktivləri, rəqəmsal rubl və kripto-riyal kimi mərkəzi bank rəqəmsal valyutalarının istifadəsini araşdırır. 

 

Onun sözlərinə görə, bu variantlar dövlətlər arasında ticarəti sadələşdirə və gələcəkdə sanksiyaların nəticələrini yüngülləşdirə bilər.

 

İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi qeyd edib ki, bu cür həllərin həyata keçirilməsi üçün infrastruktur və qaydaların yaradılması tələb olunur, lakin İran layihənin həyata keçirilməsi üçün Rusiya Federasiyası ilə əməkdaşlığa hazırdır.

 

Ekspertlər xatırladıb ki, Moskva və Tehran artıq bir-birinin milli ödəniş sistemlərinə qoşulmaq barədə razılığa gəliblər və rəqəmsal valyutalardan istifadə qarşılıqlı fəaliyyətin növbəti mühüm addımı olacaq.


 

Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
sfera.az

1Mənbələr