AZ

Almaniya Çempionlar Liqasında 5 klubla TƏMSİL OLUNACAQ

Almaniya Çempionlar Liqasının 2024/25 mövsümündə 5 komanda ilə təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, Bundesliqaya daha bir yer verilib.

Buna avrokubokların klub bölgüsündə bu ildən tətbiq olunacaq yenilik səbəb olub. 2023/24 mövsümündə ən yüksək əmsala malik olan iki ölkənin hərəsinə bir vəsiqə veriləcək. İlk iki yerdən birini öncə təmin edən İtaliyanın ardınca Almaniya da eyni uğura nail olub. Bu, “Borussiya”nın PSJ üzərindəki 1:0 hesablı qələbəsindən sonra rəsmiləşib.

Qeyd edək ki, növbəti mövsüm Çempionlar Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
bizim.media

3Mənbələr