AZ

Yük maşını 30-a yaxın uşağı vurdu

Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını tədbir zamanı 29 uşağı vurub.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat paylaşıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 18 uşaq xəstəxanaya yerləşdirilib.

Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb. Uşaqların 9-16 yaş arasında olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
13
publika.az

10Mənbələr