AZ

Ramin Məmmədovun deputat mandatı ləğv edildi

Ramin
Mərkəzi Seçki Komissiyası (MSK) deputat Ramin Məmmədovu mandatından məhrum edib. 1news.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub: “Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”. Yuxarıda sadalananları nəzərə alaraq MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb. Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
eyd edək ki, aprelin 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Beləliklə də parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
267
42
1news.az

10Mənbələr